Advertisment

Bundesver kiberhücum səbəbindən Quantum Systems dronlarının istifadəsini dayandırıb

Bundesver Almaniyanın Quantum Systems müdafiə startapı tərəfindən istehsal olunan dronların istifadəsini müvəqqəti olaraq dayandırıb.

Herbiand.az bildirir ki, Financial Times qəzetinin öz mənbələrinə istinadən verdiyi məlumata görə, bu qərara şirkətə qarşı kiberhücum səbəb olub.

Qeyd olunub ki, alman ordusu bu addımı qabaqlayıcı təhlükəsizlik tədbiri kimi təsvir edib.

Bəxtiyar CƏFƏRLİ