Advertisment

Rusiyada dronlar və robotlar üçün kompakt elektrik mühərrikləri hazırlanıb

“Radioelektron texnologiyaları” konserni (KRET, “Rostex”in bir hissəsi) dronlar, robotlar və digər mülki avadanlıqlar üçün 8 yeni kompakt elektrik mühərriki modeli hazırlayıb. Təxminən 2000 Vt güc çıxışı ilə onlar cəmi 140 qram ağırlığındadır, bu isə əvvəlki versiyalarından üç dəfə azdır.

Herbiand.az bildirir ki, bu barədə “Rostex”in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, mühərrikin azaldılmış çəkisi sayəsində dronlar havada daha uzun müddət qala və ya daha çox faydalı yük daşıya biləcəklər.

Bəxtiyar CƏFƏRLİ