Qərbin Rusiyaya qarşı sanksiyalarının növbəti altı ildə ləğvi gözlənilməməlidir. Məhdudiyyətlər siyasi təzyiq aləti olaraq qalır. Lakin Rusiya iqtisadiyyatı artıq onlara uyğunlaşıb.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Trofimov bildirib.
O, qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların orta müddətli dövrdə ləğvi ehtimalı azdır: “Bu cür qiymətləndirmə Qərb ölkələrinin, o cümlədən Xarici İşlər Nazirliyinin həyata keçirdiyi hərəkətlərin təhlilinə əsaslanır”.
Bəxtiyar CƏFƏRLİ