Advertisment

Azarov Moskvada keçmiş müşavirinin avtomobilinin partladılmasına münasibət bildirib

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov keçmiş müşaviri Sergey Zavorotnının avtomobilinin partladılmasına münasibət bildirib.

Herbiand.az bildirir ki, o, bu barədə "Abzats" nəşrinə danışıb.

Azarov bildirib ki, onun müşaviri və mətbuat katibi vəzifəsində çalışmış Sergey Zavorotnının avtomobilinin partlaması ilə bağlı hələlik kifayət qədər məlumata malik deyil: "Əlbəttə ki, onu yaxşı tanıyıram, çünki uzun illər Ukraynada işləyib.

Gəlin belə deyək: özüm hələ çox şey bilmirəm. Bunu anlamağa, nəsə öyrənməyə çalışacağam və sonra hər hansı bir şərh verəcəm".

Qeyd edək ki, bu gün Moskvanın Kirovoqrad küçəsində 72 yaşlı Zavorotnının adına qeydiyyatdan keçmiş Toyota Fortuner avtomobili partladılıb. Nəticədə o, ağır dərəcədə yaralanıb.

Bəxtiyar CƏFƏRLİ