Advertisment

Bəzi yerlərdə külək güclənib

Noyabrın 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Herbiand.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Noyabrın 13-də bəzi yerlərdə cənub-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Daşkəsəndə 18, Qobustanda 16, Şəkidə 15 m/s-dək güclənib.