Advertisment

İran hökuməti əhaliyə təcili çağırış etdi

İranda qaz emalı müəssisələrində yaranan problemlər səbəbindən hökumət əhalini qazdan daha qənaətlə istifadə etməyə çağırıb.

Herbiand.az xəbər verir ki, bu barədə ölkənin neft naziri vəzifəsini icra edən Həmid Bovard özünün “X” hesabında paylaşım edib.

O bildirib ki, mütəxəssislərin səyləri nəticəsində qaz təchizatı fasiləsiz davam edir, lakin soyuq hava şəraiti ilə əlaqədar əhalinin təbii qaza qənaət etməsi vacibdir.

Nazir bu açıqlamanı "Cənubi Pars" qaz yatağının 14-cü blokunda yerləşən platformada yaranmış zədələnmə ərazisinə səfərindən sonra verib.

Qeyd edək ki, nazirin əraziyə səfəri zamanı işçilərin vəziyyəti, hasilat itkilərinin kompensasiyası və qaz emalı zavodlarının bərpası məsələləri müzakirə olunub.

Aydın

Herbiand.az