Advertisment

56 cinayətin üstü açılıb

Noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub.

Herbiand.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 156 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.