2027-ci ilin dövlət büdcəsinin layihəsində, ehtiyat fondları üçün 410 mln. manat vəsait nəzərdə tutulub.
Herbiand.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.
Qeyd edilib ki, göstərilən rəqəm 2026-cı ildə olduğu kimidir. Həmin məbləğin 300 mln. manatı və ya 73,2%-i Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu, 110 mln. manatı və ya 26,8%-i isə Dövlət büdcəsinin Ehtiyat Fondu üzrə nəzərdə tutulub.
Növbəti ildə hər iki fondun xərcləri cari ilin təsdiq edilmiş proqnozu ilə eyni səviyyədə saxlanılıb.