Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Ukrayna ordusunun dronların saxlanması və buraxılış məntəqələrinə, hərbçilərin müvəqqəti yerləşdirmə məntəqələrinə və sursat anbarlarına zərbələr endirib. Ümumilikdə, 149 rayonda hədəflər məhv edilib.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.
Nazirliyin açıqlamasında deyilir: "Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən hərbi aerodromlar, enerji və nəqliyyat infrastrukturu obyektləri, pilotsuz təyyarələrin istehsalı müəssisələri, saxlama və buraxılış məntəqələri, sursat anbarları və Ukrayna silahlı qüvvələrinin 149 rayonda müvəqqəti yerləşdirmə məntəqələri zərbələrə məruz qalıb".
Bəxtiyar CƏFƏRLİ