Advertisment

Rusiya Müdafiə Nazirliyi təxliyə bölmələrini robotlarla təchiz edəcək

Yaralıları yerüstü robot sistemlərindən istifadə edərək təxliyə edən Rusiya bölmələri 2026-cı ilin sonuna qədər lazımi avadanlıqlarla tam təchiz olunacaq.

Herbiand.az bildirir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini, statistika katibi Anna Tsivileva İzvestiya" qəzetinə verdiyi müsahibədə açıqlayıb.

Cəbhə xəttindən əsgərlərin təxliyəsi üçün robot nəqliyyat vasitələrindən istifadəyə 2025-ci ilin sonlarında başlanılıb. Əvvəlcə bu cür avadanlıqlar mövcud təxliyə sistemlərini tamamlayan köməkçi sistem kimi xidmət edirdi.

2026-cı il ərzində Müdafiə Nazirliyi yerüstü robotların müxtəlif modellərini təkmilləşdirmək və onların orduda istifadəsini genişləndirmək üzərində işləyib. Yeni avadanlıqlarla işləmək üçün hərbi hissələrdə ixtisaslaşmış təxliyə bölmələri yaradılıb. Eyni zamanda, hərbi qulluqçular robotların istifadəsinə həsr olunmuş ayrıca təlim proqramları çərçivəsində hazırlıq keçiblər.

Bəxtiyar CƏFƏRLİ