18 noyabr tarixində Rusiya Hərbi Dəniz Qüvvələrinə ən yeni "Dmitri Lısov" minaaxtaran gəmisi (“Aleksandrit” sinifli) təhvil verilib. Gəmi Sredne-Nevski gəmiqayırma zavodunda inşa edilib.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.
Tədbirə Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanının müavini, admiral Vladimir Vorobyov rəhbərlik edib.
Gəminin uzunluğu 61 metr, eni 10 metrdir. Heyət 40 nəfərdən çoxdur. Müxtəlif itələyicilərin effektiv sistemindən istifadə sayəsində gəmi yüksək manevr qabiliyyətinə malikdir.
Bəxtiyar CƏFƏRLİ