Birləşmiş Aviasiya Korporasiyası (“Rostex”in bir hissəsi) Rusiya Aerokosmik Qüvvələrinə yeni Su-57 çoxməqsədli qırıcı təyyarələrinin növbəti partiyasını çatdırıb. Beşinci nəsil təyyarələr zavod sınaqlarının tam dövrünü başa vurub. Hərbi pilotlar təyyarəni müxtəlif iş rejimlərində sınaqdan keçiriblər, sonra öz aerodromlarına qayıdıblar.
Herbiand.az bu barədə “Rostex”in mətbuat xidmətinə istinadən bildirir.
Qeyd olunub ki, Su-57 əməliyyat-taktiki aviasiya xəttində əsas təyyarədir. O, gizli qanadlı raketlər də daxil olmaqla ən qabaqcıl silahlardan istifadə edə bilər.
“Rostex”dən bildirilib ki, təhvil verilən təyyarələr modernləşdirilmiş bort sistemləri və silah sistemləri ilə təchiz olunub. Bu da onları düşmən üçün daha da təhlükəli edir.
Bəxtiyar CƏFƏRLİ