18 noyabr tarixində Rusiyanın Severodvinsk şəhərindəki Belomorsk hərbi dəniz bazasında yeni “TL-2202” torpedo gəmisində Rusiya Hərbi Dəniz Qüvvələrinin köməkçi gəmiləri və katerləri üçün ilk bayraq qaldırma mərasimi keçirilib.
Herbiand.az Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir ki, mərasimə Hərbi Dəniz Qüvvələrinin Baş Komandanlığının Gəmiqayırma İdarəsinin rəisi, kontr-admiral İlyas Şiqapov rəhbərlik edib.
Torpedo gəmisi «Sokol Gəmiqayırma Zavodu”nda inşa edilib. Gəmi atəş təlimləri zamanı təcrübə torpedalarını axtarmaq, bərpa etmək və daşımaq üçün nəzərdə tutulub. Uzunluğu 49 metr, eni 9 metrdir.
Bəxtiyar CƏFƏRLİ