Advertisment

Vitse-prezidentin statusu Trampı qəzəbləndirib- Ağ Evdə narazılıq

Donald Trampın vitse-prezident Cey Di Venslə münasibətlərində gərginlik yaranıb.

Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, fikir ayrılığı Vensin sosial şəbəkədə ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrini təhlil edən geniş paylaşımından sonra yaranıb.

Vitse-prezident Respublikaçılar Partiyasının seçkilərdə məğlubiyyətinin səbəblərindən biri kimi Tehranla hərbi münaqişənin davam etdirilməsini göstərib və administrasiyanın seçkiqabağı ritorikasını tənqid edib.

Məlumata görə, Tramp əvvəlcə Vensin mövqeyinə sakit yanaşsa da, sonradan ondan narazılığını yaxın ətrafına bildirməyə başlayıb.

Bunun fonunda ABŞ lideri dövlət katibi Marko Rubionu daha çox ön plana çıxarmağa başlayıb və şəxsi söhbətlərində onu gələcək prezident seçkiləri üçün güclü namizəd kimi dəyərləndirib.

Aydın

Herbiand.az