Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bəyan edib.
Herbiand.az xəbər verir ki, bu barədə “Pul Pervogo” Telegram kanalı məlumat yayıb.
Lukaşenko bildirib ki, o, Zelenski ilə birlikdə Moskvaya gələrək danışıqlar masası arxasında əyləşməyə hazırdır.
“Biz Vladimir Zelenski ilə Moskvaya uçaraq danışıqlar apara bilərik. Mən təhlükəsizliyin təminatçısı olacağam. Əyləşib söhbət edə bilərik”, – deyə Belarus lideri vurğulayıb.
Lukaşenko onu da qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinə son qoyulması vacibdir.
“Müharibədən sonrakı gələcəyini məhz Rusiya, Belarus və Ukrayna müəyyənləşdirməlidir”-deyə, o, bildirib.
Bununla yanaşı, o, Avropanın, xüsusilə Fransanın yeni təhlükəsizlik arxitekturasının formalaşmasında təsirini də istisna etməyib.
Aydın