Advertisment

Rusiya səmasında gərgin saatlar:30-dan çox PUA məhv edildi

Ukrayna Silahlı Qüvvələri Rusiyaya doğru 30-dan çox pilotsuz uçuş aparatı (PUA) göndərib. Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.

Nazirliyin məlumatına görə, noyabrın 24-də Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək Rusiya hava hücumundan müdafiə sistemləri 32 pilotsuz uçuş aparatını məhv edib.

PUA-lar Belqorod, Kursk və Kaluqa vilayətləri, Moskva regionu, həmçinin Rusiyanın cənubunda -Krasnodar diyarı, Krım və Rostov vilayəti üzərində qeydə alınıb.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin noyabrın 23-ü saat 23:00-dan noyabrın 24-ü saat 08:00-dək Moskva istiqamətində 355 PUA-nın uçduğunu bildirmişdi.

Onun sözlərinə görə, pilotsuz aparatların əksəriyyəti hava hücumundan müdafiə vasitələri tərəfindən uzaq məsafədə məhv edilib.

Moskva şəhərinə yaxınlaşan 63 PUA-nın vurulduğu qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində ümumilikdə 32 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb.

Aydın

Herbiand.az