Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, eks xarici işlər naziri və Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Hikmət Çətin 89 yaşında vəfat edib.
Herbiand.az xəbər verir ki, təcrübəli siyasətçi İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, Hikmət Çətin bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar həkim nəzarətində olub.
O, ötən ilin oktyabrında soyuqdəymə və pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib, bir müddət reanimasiya şöbəsində müalicə aldıqdan sonra evə buraxılıb.
Vəfatından sonra Türkiyənin siyasi və ictimai dairələrinin nümayəndələri mərhum siyasətçinin ailəsinə başsağlığı veriblər.
TBMM sədri Numan Kurtulmuş və Yeni Partiyanın sədri Özgür Özəl Hikmət Çətinin vəfatı ilə bağlı başsağlığı mesajları yayımlayıblar.
Özgür Özəl onu tərcübəli dövlət xadimi, eyni zamanda siyasi nəzakəti və zəngin təcrübəsi ilə Türkiyənin siyasi həyatında iz qoymuş şəxsiyyət kimi xarakterizə edib.
Aydın