Advertisment

Almaniya Ukrayna üçün üç ədəd HIMARS alacaq

Almaniya ABŞ-dan üç ədəd HIMARS reaktiv yaylım atəşi sistemi alacaq.

Herbiand.az AFP-ə istinadən bildirir ki, bu barədə Almaniya Müdafiə Naziri Boris Pistorius Pentaqon rəhbəri Lloyd Ostin ilə Vaşinqtonda danışıqlardan sonra bildirib.

Qeyd edilib ki, raket sistemləri alındıqdan sonra Kiyevə təhvil veriləcək.

Ostinlə görüşdən əvvəl alman nazir dünyaca məşhur silahlar, o cümlədən “Patriot” və “Stinger” zenit-raket kompleksləri, eləcə də müxtəlif sinif və tipli raketlər istehsal edən “Raytheon” müdafiə şirkətinə baş çəkib. Agentliyin məlumatına görə, şirkət rəhbərliyi ilə görüşdə hərbi məhsulların çatdırılma müddətinin mümkün azaldılması ilə bağlı müzakirələr aparılıb.

Bəxtiyar CƏFƏRLİ