Rusiyanın Kamçatkadakı Sakit okean donanmasının əks-təxribat bölmələri müasir “Tiqr-M” zirehli maşınlarını təhvil alıb.
Herbiand.az bu barədə donanmanın mətbuat xidmətinə istinadən bildirir.
Maşınlar “Arbalet-DM” məsafədən idarə olunan döyüş modulu ilə təchiz olunub. Bu, silah istifadəsinin effektivliyini artırır və personal üçün riskləri azaldır.
Nəqliyyat vasitəsinin gövdəsi yüksək səviyyədə ballistik müdafiəyə malikdir. Daxili hissədə sürücü, maşın komandiri və qoşunlar üçün yer, eləcə də sursat, rabitə avadanlığı və radio ilə idarə olunan partlayıcı qurğuları bloklamaq üçün nəzərdə tutulmuş avadanlıqlar üçün xüsusi bölmələr var.
Bəxtiyar CƏFƏRLİ