Rusiya Silahlı Qüvvələrinin bölmələri 29 avqust - 4 sentyabr tarixləri arasında xüsusi hərbi əməliyyat zonasında 15 yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi həftəlik hesabatında məlumat verilib.
"Şimal" qüvvələr qrupu Xrapovşina, Sadki, Velikiy Prikol, Kazaçya Lopan, Vasilevka, Doljanka və Blaqovatnoye, "Qərb" qrupu Donetsk vilayətinin Svyatoqorsk şəhərini, "Cənub" qrupu Donetskdə İjevka və Nikanorovka, "Mərkəz" qüvvələr qrupunun bölmələri Rubejnoye, Novoandreyevka və Qruzskoye, “Şərq” qrupu Zaporojye bölgəsindəki Çervona Krinitsa, “Dnepr” qrupu isə Novopavlovkanı işğal edib.
Bəxtiyar CƏFƏRLİ