Polşa Seyminin 20-dən çox sağçı üzvü Baş nazir Donald Tusk hökumətini 11 noyabrda Lvovda (Ukrayna - red.) Polşa Müstəqillik Yürüşü təşkil etməyə çağırıb. Müvafiq müraciət Polşa parlamentinin aşağı palatasının saytında dərc edilib.
Herbiand.az bildirir ki, bu barədə "Slawa" nəşri xəbər verir.
Müraciətin müəllifi "Qanun və Ədalət" partiyasının üzvü və keçmiş ədliyyə naziri Zbiqnev Zobronun "Həmrəylik Polşa" partiyasının keçmiş üzvü Dariuş Matetskidir.
Müraciətdə parlamentarilər Polşanın Müstəqillik Gününü qeyd edən 11 noyabrın xaricdə yaşayanlar da daxil olmaqla, bütün polşalılar üçün bayram olduğunu vurğulayıblar: "Ukrayna dövlətinin dəstəyinin olmamasına baxmayaraq, onlar milli kimliklərini qorumağa və gələcək nəsillərə ötürməyə çalışırlar".
Bəxtiyar CƏFƏRLİ