Advertisment

Pilot göydə müəmmalı UFO lentə aldı

Meksikada pilot müəmmalı naməlum uçan obyekti videoya çəkib. Herbiand.az xəbər verir ki, bu barədə “What's The Jam” yazır.

Məlumata görə, romb formasında olan qəribə UFO-nun görüntülərini “Extraterrestre” ləqəbi ilə tanınan ufoloq sosial şəbəkə hesabında yayıb. O bildirib ki, videonu Meksika aviaşirkətlərindən birində çalışan adının çəkilməsini istəməyən pilot ona göndərib.

Görüntülərdə buludların altında yüksək hündürlükdə uçan obyekt əks olunub.

Meksikanın rəsmi aviasiya qurumları hələlik görüntülərlə bağlı açıqlama verməyib.

Amma ufoloqun izləyiciləri videonun etibarlılığına şübhə ilə yanaşıblar.

E.Cəfərli

Herbiand.az