Advertisment

Göyçayda moped və motosiklet toqquşub, 2 nəfər xəsarət alıb

Göyçayda moped və motosiklet toqquşub.

Herbiand.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində günorta saatlarında qeydə alınıb.

Hadisə nəticəsində mopedin sürücüsü 19 yaşlı Raqil Məmmədov və sərnişini Əli Zeynallı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.