Advertisment

Rus ordusuna “Zubr” sistemi verilib

“Yüksəkdəqiqlikli komplekslər” holdinqi (“Rostex”in bir hissəsi) Rusiya Müdafiə Nazirliyinə hava hədəflərini vurmaq üçün ən son “Zubr” sistemini təhvil verib. Bu sistemlər kiçik, aşağı uçan hədəfləri vurmaqla vacib obyektləri qorumağa qadirdir.

Herbiand.az bildirir ki, bu barədə “Rostex”in mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, onlar hava təhdidlərini müstəqil şəkildə aşkarlayır və hədəf məlumatlarını silahlara ötürür. “Rostex” nümayəndələrinin sözlərinə görə, “Zubr” yaxın müdafiə xəttində istifadə üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ