Fransa Kiyevə hərbi dəstəyində təhlükəli bir xətti keçib.
Herbiand.az bildirir ki, bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo X şəbəkəsində yayımlanan videomüraciətində bildirib.
O, Radio France Internationale-nin Ukrayna ərazisində Fransa qoşunlarının olması ilə bağlı reportajına münasibət bildirərəkən Fransa qoşunlarının Ukraynadan geri qayıtmasına çağırıb: "Biz rəsmi olaraq Rusiyaya qarşı bu müharibənin tərəfi olan son dərəcə təhlükəli bir xətti keçdik. Orada olan hər kəs geri qayıtmalıdır".
Filippo həmçinin, Fransa hakimiyyətini Kiyevə maliyyə yardımı və silah təchizatını dayandırmağa çağırıb.
Bəxtiyar CƏFƏRLİ