Advertisment

SOCAR Rumıniyada YDM-lərin sayını 110-a çatdırıb

SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

“SOCAR Petroleum SA”dan Herbiand.az-a verilən məlumata görə, yeni yanacaqdoldurma məntəqəsi Rumıniyanın şimali-şərqində yerləşən və bölgənin iqtisadi və turizm potensialına mailk olan Neamt rayonunun Horia şəhərində açılıb.

Məlumata görə, “SOCAR” brendi altında istifadəyə verilən yeni yanacaqdoldurma məntəqəsi Neamt rayonunda sayca 7-ci məntəqədir.

Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir. Şirkət 2025-ci ildə 3,9 milyard lei (təqribən 750 milyon avro) dövriyyəyə malik olub ki, bu da əvvəlki illə müqayisədə 9,7% çoxdur. Hazırda şirkətin ölkə üzrə 3 yanacaqsaxlama deposu mövcuddur. İndiyədək SOCAR Rumıniya iqtisadiyyatına 400 milyon lei (təqribən 78,4 milyon avro) həcmində investisiya yatırıb.