Advertisment

Alman ordusunda travma sonrası stress pozğunluğu halları artıb

Bundesverdə posttravmatik stress pozuntusu hallarının sayı 2025-ci ildə təxminən 50% artıb.

Herbiand.az xəbər verir ki, bu barədə RedaktionsNetzwerk Deutschland (RND) media qrupu Almaniya Müdafiə Nazirliyinin psixoloji travma üzrə komissarı Peter Zimmermana istinadən məlumat verib.

Onun sözlərinə görə, 2025-ci ildə 279 hərbçi stress pozğunluğu üçün tibbi müalicəyə müraciət edib. Bu rəqəm 2024-cü ildə 186 nəfər olub. Hərbi əməliyyatlarda iştirakla əlaqəli digər ruhi pozuntuların sayı da təxminən 40% artaraq 2024-cü ildəki 112 haldan 2025-ci ildə 159-a çatıb. Ümumilikdə, 2024-cü ildə 298, 2025-ci ildə isə 438 hal qeydə alınıb.

Zimmerman aydınlaşdırıb ki, xəstələrin əksəriyyəti əvvəllər Bundesverin xarici missiyalarında - Əfqanıstan, Kosovo və Malidə xidmət etmiş hərbçilərdir: “Onların çoxu illərdir simptomlarını gizlətməyə çalışır və mütəxəssisə müraciət etməyi təxirə salırlar”.

Bəxtiyar CƏFƏRLİ