Advertisment

İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı ələ keçirdiyini iddia edir

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus MQM-170 tipli hərbi pilotsuz uçuş aparatını (PUA) ələ keçirdiyini açıqlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə İranın dövlət mediası SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, əməliyyat noyabrın 16-da səhər saatlarında Qeşm adasının cənubunda həyata keçirilib. İran hərbçiləri elektron müharibə vasitələrindən istifadə edərək pilotsuz aparatın idarəetmə sisteminə nəzarəti ələ keçirib və onu zədələmədən yerə endiriblər.

SEPAH-ın məlumatına görə, bu, elektron müharibə və PUA komandanlığının bütöv vəziyyətdə ələ keçirdiyi dördüncü MQM-170 tipli pilotsuz aparatı olub.