Moskva xəstəxanalarından birində çalışan 38 yaşlı həkim-infeksionist vəfat etmiş xəstənin adına kredit götürməkdə şübhəli bilinərək saxlanılıb.
Herbiand.az bildirir ki, bu barədə 112 Telegram kanalı məlumat verib.
57 yaşlı Moskva sakini 18 avqustda vəfat edib. Növbəti gün naməlum şəxs mərhum qadının telefonundan bankın mobil tətbiqinə daxil olaraq onun adına bir milyon rubl məbləğində kredit götürüb. Vəsait xəstənin hesabına daxil olduqdan sonra başqa karta köçürülüb.
Həkim-infeksionist dələduzluqda şübhəli bilinib.
Bəxtiyar CƏFƏRLİ