Advertisment

Rusiya yeni hücum üçün tanklar yığır?

Rusiya ehtiyat zirehli texnika saxlama bazalarını yeni T-90M tankları ilə aktiv şəkildə doldurur. İndi Rusiya Silahlı Qüvvələrində xüsusi əməliyyatın əvvəli ilə müqayisədə daha çox müasir tankı ola bilər.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna mənbələri yazır.

Qərb analitikləri gələcəkdə zirehli qrupların daha genişmiqyaslı manevrlərinin mümkünlüyünü istisna etmirlər. Bu, Rusiyanın toplanmış texnika ehtiyatlarından istifadə etməsinə imkan verəcək. Lakin, Ukrayna Silahlı Qüvvələri arasında da zirehli texnika taktikasında mümkün dəyişikliklərin əlamətləri müşahidə olunur.

Bəxtiyar CƏFƏRLİ