Advertisment

BƏƏ-dən şok İran qərarı: Uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran aviaşirkətlərinin ölkəyə və ölkədən həyata keçirdiyi bütün uçuşları bu gündən dayandırıb. Herbiand.az xəbər verir ki, qərar ABŞ-nin İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində qəbul edilib.

Bundan əvvəl İraq və Oman da İranla uçuşları dayandırmışdı.

BƏƏ-nin Mülki Aviasiya Baş İdarəsi iki ölkə arasında hava nəqliyyatı bərpa olunana qədər baş verənlərlə bağlı aidiyyəti qurumları və ictimaiyyəti məlumatlandırmaqda davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evin sanksiya siyahısına daxil etdiyi İran aviaşirkətlərinin uçuşlarına icazə verən ölkələri dollar sistemindən çıxarmaqla hədələyib.

İran aviaşirkətlərinin uçuşlarına icazə verən ölkələrə xəbərdarlıq edən Bessent deyib: “Əgər onlar ölkənizə enərsə, onlara yanacaq verə, eniş xidmətləri göstərə və bilet sata bilməzsiniz. Əks halda, dollar sistemindən çıxarılacaqsınız”.

E.Cəfərli
Herbiand.az