Polşanın baş naziri Donald Tusk yerli keşişi bıçaqlayaraq öldürən və daha 4 nəfəri yaralayan Ukrayna vətəndaşının ağır cəza ilə üzləşəcəyini açıqlayıb.
Herbiand.az bildirir ki, Polşanın Podkarpat voyevodalığındakı Yaroslav abbatlığının ərazisində bir Ukrayna vətəndaşı üç ruhani də daxil olmaqla beş nəfəri bıçaqlayıb. Onlardan biri xəstəxanada ölüb, iki nəfərin həyatı isə təhlükədədir.
Tusk X sosial şəbəkəsində yazıb: "Yaroslavldan olan qatil Polşa polisinin əlindədir. İstintaq tədbirləri davam edir. Cinayətkar Ukrayna vətəndaşıdır. O, Polşa qanunvericiliyinin tam çərçivəsində cəzalandırılacaq".
Bəxtiyar CƏFƏRLİ