Advertisment

Zidandan türk futbolçuya tərif: “Çox yaxşı oyunçudur”

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqas 1-ci qrupunda Türkiyə ilə keçirəcəkləri ilk oyun öncəsi maraqlı açıqlamalar verib.

Herbiand.az xəbər verir ki, Kocaeli stadionunda keçirilən mətbuat konfransında sualları cavablandıran təcrübəli baş məşqçi Türkiyə millisinin üzvü Arda Güləri tərifləyib.

“Arda Gülər çox, çox yaxşı oyunçudur”-deyə, Zidan bildirib.

Son dünya çempionatında Türkiyə yığmasının uğursuz çıxışına toxunan Zidan deyib: “Türkiyə komandasının  mundial-2026-da ilk mərhələdə mübarizədən kənarda qalması gözlənilməz idi. Onlar layiq olduqları yerdə deyillər”.

Komandaya yeni oyunçuların cəlb olunması ilə bağlı suala isə Zidan belə cavab verib: “Milli komandanın qapısı hər kəs üçün açıqdır. Onlar hansısa şəkildə formanı qazanacaqlar.

Bu formanı əldə etdikdən sonra komandanı daha yaxşı yerlərə gətirməyi düşünürəm”.

Oyun üslubu ilə bağlı suala cavab verən Zidan deyib: "“Zidan oyunu" deyilən bir şey yoxdur. Sabah hər kəs Fransa millisinin oyununu görəcək. Qarşımızda Türkiyə millisi olacaq. Mbappe kapitan idi, yenə kapitan olacaq".

E.Cəfərli
Herbiand.az