Avropa Birgə Silahlanma Əməkdaşlıq Təşkilatı (OCCAR) Orizzonte Sistemi Navali (OSN) şirkəti ilə 3,7 milyard avro dəyərində müqavilə imzalayıb. Bu müqavilə İtaliya Hərbi Dəniz Qüvvələri üçün iki yeni nəsil DDX esminesinin hazırlanmasını, istehsalını və ilkin əməliyyat dəstəyini əhatə edir.
Herbiand.az bildirir ki, gəmilərin təhvil verilməsi 2033 və 2035-ci illərə planlaşdırılır.
Yeni gəmilər çoxmillətli qüvvələrin bir hissəsi kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulacaq və sensorların, silah sistemlərinin, çoxsahəli komandanlıq və idarəetmə sistemlərinin və platforma idarəetmə sistemlərinin yüksək səviyyədə rəqəmsallaşdırılması, avtomatlaşdırılması və inteqrasiyasına malik olacaq. Döyüş sisteminin arxitekturası həmçinin, yüksək səviyyədə qarşılıqlı fəaliyyət, məlumat mübadiləsi və idarəetməni təmin edəcək.
Bəxtiyar CƏFƏRLİ