Advertisment

“Hökumət müharibədən danışmağı dayandırmalıdır” -Paytaxtda Rusiya qorxusu

Berlinin Moskvanı ittiham etməsindən sonra Rusiya ilə Almaniya Federativ Respublikası arasında münasibətlər gərginləşib. Herbiand.az-ın xəbərinə görə, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb.

“Münasibətlər faktiki olaraq iflic vəziyyətinə düşüb. Müharibə rəsmi qaydada elan edilmədən başladıqda, onu bir anda dayandırmaq mümkün olmur”-məqalədə bildirilir.

Nəşr iddia edir ki, bu vəziyyət tərəfləri qarşıdurmanın qarşısını almaq üçün mexanizmlərdən məhrum edir və münaqişənin nəzarətsiz şəkildə daha da gərginləşməsi ehtimalını artırır.

“Əgər gərginlik mövcuddursa, parlament bunu elan etməlidir. Əgər belə bir vəziyyət yoxdursa, hökumət müharibədən danışmağı dayandırmalıdır”,- deyə qəzet yazır.

E.Cəfərli

Herbiand.az