Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında keçirilən üçtərəfli danışıqların ilk gününün nəticələrini açıqlayıb.
Zelenski bu barədə sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, danışıqların ilk günü Ukrayna nümayəndə heyətinin avropalı və amerikalı tərəfdaşları ilə məsləhətləşmələri ilə başlayıb. Daha sonra Rusiya nümayəndələrinin də iştirakı ilə üçtərəfli görüş keçirilib.
“Üçtərəfli format konstruktiv və olduqca məzmunlu oldu”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, görüşdə potensial humanitar tədbirlər, ilk növbədə əsirlərin azad edilməsi, həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri və müharibənin təkrarlanmasının qarşısını almaq mexanizmləri müzakirə olunub.
O, danışıqlarda gərginliyin azaldılması zərurətinə də xüsusi diqqət yetirildiyini qeyd edib.
Ukrayna Prezidenti əlavə edib ki, danışıqlar qrupuna növbəti gün üçün konkret tapşırıqlar verib. Üçtərəfli danışıqların noyabrın 11-də davam etdirilməsi, eyni zamanda ABŞ və Avropa nümayəndələri ilə təmasların saxlanılması nəzərdə tutulur.
APA