Rusiya Silahlı Qüvvələrinin “Mərkəz” və “Şimal” hərbi qruplarının keçmiş komandiri, general-polkovnik Aleksandr Lapin Tatarıstan Baş nazirinin müavini təyin ediləcək.
Herbiand.az xəbər verir ki, bu barədə Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov Dövlət Şurasına illik müraciətində bildirib.
Bu yaxınlarda Dövlət Dumasına keçirilən seçkilərdən sonra 62 yaşlı Lapin Tatarıstanda “Vahid Rusiya” namizədlərinin federal siyahısında yer alan 6 namizəd arasında olub. "Business Online"-ın məlumatına görə, o, yüksək vəzifəyə təyin olunması səbəbindən mandatından imtina edəcək.
"İndi onun mandatı partiyanın regional siyahısındakı növbəti namizədə - Mamadışın keçmiş rəhbəri Anatoli İvanova keçə bilər", - nəşr əlavə edib.
Bəxtiyar CƏFƏRLİ