Rusiya Qərblə qarşıdurma fonunda Sovet dövründən qalma "Perimetr" (və ya "Ölü əl") cavab zərbə sistemini dirçəltməkdədir.
Herbiand.az bildirir ki, bu barədə "İzvestiya" qəzeti Danimarkanın Danwatch jurnalistika mərkəzinə və müstəqil tədqiqat layihəsinə istinadən məlumat yayıb.
Məqalədə iddia edilir ki, Uralda yerləşən hərbi baza nüvə zərbəsinə tab gətirməklə yanaşı, ehtiyat komandanlıq kanallarını aktivləşdirmək və Rusiyaya hücum halında düşmənin məhv edilməsini təmin etmək qabiliyyətinə malikdir.
"Bu, mahiyyət etibarilə rabitə sistemidir. Əgər sizə zərbə endirilərsə, cavab tədbirləri görmək əmrini ötürə biləcəyinizdən əmin olmalısınız", - BMT-nin nüvə silahsızlanması üzrə eksperti Pavel Podviq nəşrə söyləyib.
Məqalədə qeyd olunur ki, hərbi obyektdə hərbçilərin intensiv fəaliyyəti və tikinti işləri qeydə alınıb və bu, peyk görüntüləri ilə təsdiqlənir.
Bəxtiyar CƏFƏRLİ