İrkutsk Aviasiya Zavodu ilk müqavilə çərçivəsində 2027-ci ildə “Aeroflot”-a 8 ədəd MS-21 sərnişin təyyarəsi, 2028-ci ildə isə daha 10 təyyarə təhvil verəcək.
Herbiand.az xəbər verir ki, bu barədə zavodun baş direktoru Andrey Soynov jurnalistlərə bildirib.
"Hazırda istehsalda 18 təyyarəmiz var, ona görə də aviaşirkətlərə çatdırılma baxımından gələn il 8 təyyarə, 2028-ci ildə isə bu müqaviləni bağlayacaq 10 təyyarə təhvil verəcəyik", - baş direktor deyib.
O, ikinci istehsal MS-21 təyyarəsinin uçuş sınaqlarının oktyabrın sonlarında başlayacağının gözlənildiyini vurğulayıb.
Bəxtiyar CƏFƏRLİ