Rusiyanlın Yekaterinburq şəhərinin meri Aleksey Orlov istefa verib. Herbiand.az xəbər verir ki, bu barədə yerli seçki komissiyasının iclasında məlumat verilib.
Orlov Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinə deputat seçildikdən sonra şəhər rəhbəri postunu tərk edib.
Seçkilərdə sabiq mer “Vahid Rusiya” partiyasının siyahısında Kirov ərazi qrupuna rəhbərlik edib. Siyasətçi partiya siyahısında yerlər bölüşdürüldükdən sonra Qanunvericilik Məclisinin deputat mandatını əldə edib. Yeni vəzifəyə keçməsi üçün Yekaterinburq meri postundan istefa verməsi tələb olunurdu.
Qeyd edək ki, Aleksey Orlov 2021-ci ilin fevralında Yekaterinburqun meri seçilib. Bu ilin fevralında şəhər Dumasının deputatları onu yenidən şəhər rəhbəri seçiblər. Həmin vaxt onun namizədliyinə 33 deputat səs verib, bir deputat isə bitərəf qalıb.
E.Cəfərli