Advertisment

“Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı layihənin icrasına başlanılıb

1 iyun 2026-cı il tarixindən etibarən “Kənd Qadınlarına Qayğı” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı layihənin icrasına başlanılıb.

Layihənin əsas məqsədi əlilliyi olan uşaqların sosial reabilitasiyasına dəstək göstərmək, onların fərdi inkişaf imkanlarını genişləndirmək, cəmiyyətə inteqrasiyasını təşviq etmək və ailələrin sosial dəstək imkanlarını artırmaqdır.

Layihə çərçivəsində Naftalan şəhərində Reabilitasiya Mərkəzinin fəaliyyəti təşkil ediləcək. Mərkəzin fəaliyyəti əlilliyi olan uşaqların sosial, psixoloji və inkişaf ehtiyaclarının dəstəklənməsinə, onların gündəlik həyat bacarıqlarsosial adaptasiyasına yönəldiləcək.

Layihənin həyata keçirilməsi zamanı uşaqların fərdi ehtiyaclarının nəzərə alınması, onların inkişaf xüsusiyyətlərinə uyğun yanaşmanın tətbiqi və valideynlərlə əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdən olacaq.

İctimai Birlik hesab edir ki, bu təşəbbüs əlilliyi olan uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların cəmiyyət həyatında daha fəal iştirakına və ailələrin üzləşdiyi sosial çətinliklərin azaldılmasına mühüm töhfə verəcək.

“Kənd Qadınlarına Qayğı” İctimai Birliyi layihənin icrasına göstərdiyi maliyyə dəstəyinə görə Sosial Xidmətlər Agentliyinə təşəkkürünü bildirir və layihənin uğurla həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.