Advertisment

“Rosatom”: “Akkuyu” AES-in ilk enerji blokunun fiziki işə salınmasına bir addım qalıb

“Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) 1-ci enerji blokunun fiziki işəsalınmasına bir addım qalıb. Bu prosesin 2026-cı ildə baş tutması üçün bütün zəruri işlər görülür.

TASS xəbər verir ki, bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib.

“Biz “Akkuyu” AES-in 1-ci enerji blokunun fiziki işəsalınmasına bir addım qalmışıq. Təbii ki, bu, bütün dünyanın izlədiyi planetar miqyaslı tikinti layihəsidir. Hər kəs ilk yanacaq kasetinin yüklənməsi ilə bağlı işəsalma prosesinə addım-addım necə yaxınlaşdığımızı izləyir. Bunun cari ildə baş tutması üçün əlimizdən gələni edirik”, - deyə o bildirib.