Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə Avropa İttifaqı nümayəndələri arasında heç bir təmas olmayıb.
Herbiand.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, belə bir təmasın planlaşdırılmadığını da söyləyib.
Peskov vurğulayıb ki, BƏƏ-dəki Rusiya nümayəndə heyəti danışıqlardakı inkişaflar barədə prezidentə daim məlumat verir.
Kremlin rəsmisi əlavə edib ki, Əbu-Dabidəki danışıqlar dünən Novo-Oqaryovoda keçirilən Putin və Lukaşenko arasında görüş zamanı müzakirə olunub.