Advertisment

FTB direktoru ABŞ hərbçisinin həbs olunmasına reaksiya verib

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patel X sosial şəbəkəsində Amerika hərbçisinin saxlanılmasına münasibət bildirib.

Herbiand.az bildirir ki, hərbçi Rusiyaya casusluq etməkdə şübhəli bilinir.

Patel vurğulayıb: "Mesajımız aydındır: FTB ABŞ-a sədaqət andını pozan heç kimə dözməyəcək".

O, həmçinin agentliyin milli təhlükəsizliyə təhdid edənləri müəyyən etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcəyinə söz verib.

Qeyd edək ki, hərbçi dünən NATO Sürətli Reaksiya Qüvvələrinin yerləşdiyi Qloster şəhəri yaxınlığında həbs olunub. O, bölmənin komandanlığında xidmət edib.

ABŞ ordusunun əks-kəşfiyyat komandanlığı şübhəlinin yüksək rütbəli zabit olduğunu aydınlaşdırıb.

Bəxtiyar CƏFƏRLİ