Qış təlim dövrünə hazırlıq məqsədilə Kalininqrad vilayətindəki və Sankt-Peterburqdakı Baltik donanması bazalarındakı gəmi komandirləri müstəqil gəmi idarəetməsi üçün testlər verməyə başlayıblar.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.
Qeyd olunub ki, təlimlərə Baltik donanmasının gəmi komandirləri və onların böyük köməkçiləri cəlb olunublar. Ancaq okeanların müxtəlif hissələrində tapşırıqlar yerinə yetirənlər təlimdə iştirak etməyəcəklər.
Hərbi qulluqçular həm sahildə, həm də dənizdəki döyüş təlim poliqonlarında praktik tapşırıqları yerinə yetirərkən ixtisaslarının nəzəri və praktik aspektləri üzrə testlər verirlər.
Bəxtiyar CƏFƏRLİ