Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.
Herbiand.az xəbər verir ki, qəza rayonun Muxax kəndi ərazisindən keçən yolda qeydə alınıb.
Hadisə nəticəsində rayonun Çobankol kənd sakini, 33 yaşlı İntiqam İlham oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.