Türkiyə millisinin və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Arda Gülərin yeni müqavilə ilə bağlı alacağı maaş açıqlanıb.
Herbiand.az xəbər verir ki, “Real Madrid” rəhbərliyi 21 yaşlı futbolçuya 5 illik yeni müqavilə təklif edib. Yeni anlaşmaya əsasən, Arda Gülərin illik məvacibinin 8 milyon avroya çatdırılması nəzərdə tutulur.
Hazırda bonuslar nəzərə alınmadan ildə 6 milyon 250 min avro qazanan futbolçu yeni təklifi edəcəyi edəcəyi təqdirdə gəlirini əhəmiyyətli dərəcədə artıracaq.
Bu halda türkiyəli futbolçunun həftəlik qazancı təxminən 153 min 846 avro, gündəlik gəliri isə 21 min 917 avro olacaq.
İspaniyanın “El Debate” nəşrinin məlumatına görə, “Real Madrid”in baş məşqçisi Joze Mourinyo klub rəhbərliyindən dörd futbolçu ilə müqavilələrin yenilənməsini istəyib. Həmin futbolçular Arda Gülər, Cud Bellinqem, Federiko Valverde və Orelyen Tçuamenidir.
Portuqaliyalı mütəxəssis bu oyunçuları komandanın gələcək planlarında əsas fiqurlar hesab edir.
Türkiyəli futbolçu cari mövsümdə “Real Madrid”in heyətində 14 oyuna çıxıb. O, bu qarşılaşmalarda 4 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Arda Gülərin yeni müqaviləsi və maaş artımı ilə bağlı yayılan məlumatlara hələlik klub tərəfindən rəsmi təsdiq verilməyib.