Advertisment

Körfəz ölkələri İrandan hücumlara görə kompensasiya tələb edib

Körfəz ölkələri İrandan bölgədəki hücumlar nəticəsində dəymiş zərərin kompensasiya edilməsini tələb edib.

Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi BMT Təhlükəsizlik Şurasını Tehranın dəymiş zərəri ödəməsini tələb etməyə çağırıb.

Təşkilatın məlumatına görə, fevralın 28-dən etibarən İran bölgə ölkələrinə 7 mindən çox raket və pilotsuz uçuş aparatı göndərib.

APA