Advertisment

Paşinyan ölkəsini 20 il sonra burda görmək istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 20 ildən sonra Avropa İttifaqının (Aİ) üzvü olmasını istədiyini bildirib.

Herbiand.az Rusiya mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı danışıb.

Baş nazir Ermənistanı 20 ildən sonra Avropa İttifaqının tərkibində gördüyünü bəyan edib.

Qeyd edək ki, 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Aİ-yə üzvlük prosesinə başlanması haqqında qanun qəbul edib. Paşinyan daha əvvəl də hökumətinin Avropaya yaxınlaşma siyasətini davam etdirəcəyini və xarici ticarət əlaqələrinin şaxələndirilməsinə çalışacağını açıqlamışdı.