Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) eskadrilya komandiri Pakistanın qadın kəşfiyyat zabitinə intim şəkilləri müqabilində gizli hərbi məlumatlar ötürməkdə ittiham olunub.
Herbiand.az xəbər verir ki, bu barədə The Times of India qəzeti iş sənədlərinə istinadən məlumat yayıb.
Materialda deyilir ki, hərbçi qarşı tərəfə Hindistanın hərbi planları, Leh aviabazasının əməliyyat imkanları və dron müharibəsinin metodları haqqında gizli məlumatlar ötürüb. Yazışmalarda o, həmçinin bazanın istifadə tezliyi və orada yerləşdirilə biləcək təyyarə növləri barədə də müzakirə aparıb.
Bundan əlavə, kəşfiyyatçının digər hərbi personalın məlumatlarına çıxış əldə etməyə cəhd etdiyi də iddia edilib. O, hindistanlı komandirə tabeliyində olanların telefonlarına və noutbuklarına zərərli proqramlar quraşdırmağı təklif edib.
Hərbçi 30 mayda saxlanılıb. Müstəntiqlərin sözlərinə görə, o, qadınla 2026-cı il 12 yanvar - 1 aprel tarixlərində əlaqə saxlayıb. Onun xidmətinə görə qadagan olunan iPhone telefonundan istifadə etməsi yoxlamalara səbəb olub və hər şey üzə çıxıb.
Bəxtiyar CƏFƏRLİ